Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək

Rusiyada iyunun 1-dən daxili turizmə qoyulan məhdudiyyətlər tədricən götürüləcək
# 26 may 2020 04:10 (UTC +04:00)

“Rusiya hökuməti iyunun 1-dən etibarən daxili turizmə qoyulan məhdudiyyətləri tədricən aradan qaldırmağa başlayacaq”.

APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Baş nazirinin müavini açıqlamasında bildirib.

O qeyd edib ki, yayın ilk yarısında daxili turizmin təhlükəsiz şəkildə işə salınması, şübhəsiz ki, prioritetdir: “İyunun 1-dən etibarən Rusiya hökuməti məhdudiyyətləri sistemli və dəqiq şəkildə yüngülləşdirməyə başlayacaq. İlk mərhələdə tibbi lisenziyası olan istirahət mərkəzləri açılacaq. Bununla yanaşı, hökumət hazırda turizm sənayesinin daha çox sahələrinin (otellər, kurortlar, çimərliklər, səyahətlər və s.) fəaliyyətinin bərpası üzərində işləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR