Rusiyada son sutkada 8646 nəfər COVID-19-a yoluxub

Rusiyada son sutkada 8646 nəfər COVID-19-a yoluxub
# 05 aprel 2021 12:27 (UTC +04:00)

Rusiyada son sutka ərzində daha 8646 nəfər yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxub.

APA-nın Moskva müxbirinin Operativ Qərargaha istinadən verdiyi məlumata görə, Rusiyada COVID-19-a yoluxanların sayı 4 589 540 nəfərə çatıb.

Son sutka ərzində 343 nəfərin koronavirusdan öldüyü bildirilib. Ümumilikdə koronavirusdan ölənlərin sayı 100 717 nəfərə çatıb.

Qeyd edək ki, Rusiya koronavirusa yoluxmaların sayına görə dünyada ABŞ, Hindistan və Braziliyadan sonra dördüncü yerdə gəlir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR