Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub

Dövlət Xidmətinin rəis müavini Qobustan qoruğunda olub
# 13 fevral 2021 12:04 (UTC +04:00)

Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin vəzifə səlahiyyətlərini icra edən Azad Cəfərli Qobustan Milli Tarix- Bədii Qoruğuna səfər edib, qoruğun fəaliyyəti ilə tanış olub.

Dövlət Xidmətindən APA-ya verilən məlumata görə, qoruq əməkdaşları ilə keçirilən görüş zamanı onların gələcəkdə daha keyfiyyətli iş və səmərəli nəticələrə yönəlmiş təklifləri dinlənilib.

A.Cəfərli post-pandemiya dövründə çağırışlara və gözləntilərə uyğun fəaliyyətin qurulmalı olduğunu bildirib. Xalqımızın qədim mədəniyyətinin bənzərsiz incisi olan Qobustanın unikal qayaüstü təsvirləri ilə təkcə ölkə miqyasında deyil, həm də dünyanın azsaylı bənzər abidələri sırasında xüsusi yer tutduğunu vurğulayıb.

Dövlət Xidmətinin rəis müavini qoruğun fəaliyyətinin daha da gücləndirilməsi, gələcək fəaliyyət istiqamətləri və görüləcək işlər barədə tapşırıq və tövsiyələrini verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR