Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atlara tibbi yardım göstərilib

Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzindəki atlara tibbi yardım göstərilib
# 23 aprel 2021 18:38 (UTC +04:00)

Şəki şəhərində yerləşən Respublika Atçılıq Turizm və Atüstü Milli Oyunlar Mərkəzi ilə bağlı bütün məsələlər Mədəniyyət Nazirliyi tərəfindən ciddi nəzarətdə saxlanılır.

Nazirlikdən APA-ya verilən məlumata görə, bu gün nazirliyin Şəki Regional Mədəniyyət İdarəsi tərəfindən mərkəz atlar üçün xüsusi qida vasitələri və tibbi yardımla təmin edilib.

Müəssisəyə ilkin maddi yardım təqdim olunub. Mərkəzdəki atlara tibbi xidmət göstərilib. Baytar heç bir kütləvi xəstəliyin qeydə alınmadığını təsdiqləyib.

Qeyd edək ki, mərkəzə Şəki Şəhər İcra Hakimiyyəti və digər qurumlar tərəfindən də yardım ayrılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR