Prezidentin köməkçisi: “Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var”

Prezidentin köməkçisi: “Türk Şurası çərçivəsində media platformasının yaradılmasına ehtiyac var”
# 10 aprel 2021 15:32 (UTC +04:00)

“Türk Şurası çərçivəsində də media platformasının yaradılmasına ehtiyac var”.

APA-nın məlumatına görə, bu barədə bu gün Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (Türk Şurası) informasiya və media üzrə məsul nazirlərinin və yüksək vəzifəli rəsmilərinin 3-cü toplantısında Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev bildirib.

“Səylərimizi səfərbər etməli və dünya media müstəvisində sözümüzü deməyi bacarmalıyıq. Güc birlikdədir, əsas məqsəd həqiqətlərimizi birlikdə dünyaya çatdırmaqdır”, - deyə H. Hacıyev vurğulayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR