Belarus, Rusiya və Qazaxıstan ümumi neft-qaz bazarı yaradır

Belarus, Rusiya və Qazaxıstan ümumi neft-qaz bazarı yaradır
# 07 fevral 2013 12:18 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA-Economics. Belarus, Rusiya və Qazaxıstanın ümumi neft-qaz bazarı 1 yanvar 2015-ci ilə qədər formalaşdırıla bilər.

APA-Economics”in “BELTA”ya istinadən xəbərinə görə, bunu Avrasiya İqtisadi Komissiyasının energetika və infrastruktur naziri Danial Axmetov bildirib.

Onun sözlərinə görə, neft-qaz sahəsi Gömrük İttifaqının və Vahid İqtisadi Məkanın hər üç üzv ölkəsi üçün qlobal maraqlar sisteminə daxildir: “Bu sahədəki imkanlar dünya iqtisadiyyatında bizim böyük rəqabət üstünlüyümüzdür”.

D.Axmetov qeyd edib ki, Avrasiya İqtisadi Komissiyasının neft-qaz üzrə Məşvərətçi Komitəsinin Moskvada keçirilən birinci iclasında iki ciddi sənəd qəbul olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR