İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb- FOTO

İstanbulda azərbaycanlı rəssamın sərgisi açılıb- <font color=red> FOTO  </font>
# 06 mart 2010 10:58 (UTC +04:00)
İstanbul. Mais Əlizadə-APA. İstanbulun Təşvikiyə səmtindəki ’Dərinliklər’ sənət mərkəzində azərbaycanlı rəssam Lətafət Məmmədova və tələbələrinin rəsm sərgisi açılıb. Sərgidə Lətafət Məmmədovanın 10 yağlı boya tablosu nümayiş etdirilir. Sərgi ilə bağlı APA-ya açıqlama verən ’Dərinliklər’ sənət mərkəzinin sahibi Mahmud Muftuoğlu deyib ki, L. Məmmədovanın sərgisinin açılması uzun müddətdən bəri planlaşdırılıb: “Onun tabloları sadəcə, sənət mərkəzimizin müştərilərinin yox, bütün sənət sevənlərin rəğbətinə səbəb oldu. Bundan sonra hər il Lətafət Məmmədovanın sərgisini açacağam”.

Qeyd edək ki, 1954-cü ildə Bakıda Azərbaycanın tanınmış rəssam Hafiz Məmmədovun ailəsində anadan olan Lətafət xanım Əzim Əzimzadə adına Rəssamlıq məktəbini və İncəsənət Universitetini bitirib. N. Tusi adına Azərbaycan Pedaqoji Universitetində kafedra müdiri olub. 2001-ci ildə dövlətin dəvəti ilə Türkiyəyə gələrək İstanbulun müxtəlif sənət qurumlarında dərs deyib. 2005-ci ildə İstanbulun Yeşilkoy səmtində öz sənət emalatxanasını qurub. Hazırda 50 tələbəsi var. L. Məmmədova indiyə qədər TÜrkiyədə 10 fərdi sərgi acıb . Əsərləri Rusiyanın, Avropanın, ABŞ-ın muzey və kolleksiyalarında saxlanılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR