"Azexport" portalına indiyədək 2 mlrd. dollardan çox ixrac sifarişləri daxil olub

"Azexport" portalına indiyədək 2 mlrd. dollardan çox ixrac sifarişləri daxil olub
# 20 aprel 2021 12:43 (UTC +04:00)

İndiyədək "Azexport" portalına dəyəri 2 mlrd. ABŞ dollarından çox ixrac sifarişləri daxil olub.

"APA-Economics"in məlumatına görə, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİKTM) icraçı direktoru Vüsal Qasımlı İİTKM-in beşillik yubileyinə həsr olunmuş tədbirdə deyib.

Onun sözlərinə görə, son beş ildə "Azexport" portalı vasitəsi ilə Azərbaycan məhsulların görünmə miqyası 500 dəfə artıb.

V. Qasımlı onu da əlavə edib ki, İİTKM yaradıldığı 5 il ərzində Mərkəz tərəfindən 50-yə yaxın strategiya, proqram, fəaliyyət planı, konsepsiya, strateji yol xəritələri, texniki-iqtisadi əsaslandırma və digər sənədlər hazırlanıb.

Onun sözlərinə görə, hesabat dövründə "EcoLAB" iqtisadi təhlil laboratoriyası formalaşdırılıb. Burada Dünya Bankı, Beynəlxalq Valyuta Fondu, Asiya İnkişaf Bankı, Avropa İttifaqı və SECO-nun dəstəyi ilə maliyyə proqramlaşdırılması, ümumi tarazlığı, xərclər-buraxılış, ORANİ, mikrosimulyasiya, Xarici Sektorun Qiymətləndirilməsi (EBA-lite) kimi modellər yaradılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR