Azərbaycan alkoqollu içkilərin ixracını 21% azaldıb

Azərbaycan alkoqollu içkilərin ixracını 21% azaldıb
# 19 aprel 2021 13:48 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycandan 3 413,70 min ABŞ dolları dəyərində alkoqollu və alkoqolsuz içkilər və sirkə ixrac olunub.

"APA-Economics"in Dövlət Gömrük Komitəsinin hesabatı əsasında apardığı hesablamalara görə, ixracın dəyəri ötən ilin müvafiq dövrü ilə müqayisədə 21,2% azalıb.

Cari ilin ilk üç ayında qeyd olunan məhsulların ixracda xüsusi çəkisi 0,08%-ə, qeyri-neft məhsullarının ixracında olan çəkisi isə 0,68%-ə bərabər olub.

Hesabat dövründə bu məhsul kateqoriyası üzrə ölkəyə idxalının dəyəri 13 304,55 min dollar təşkil edib ki, bu da ötən ilin müvafiq göstəricisindən 0,6% azdır. Cari ilin yanvar-mart aylarında qeyd olunan məhsulların idxalda xüsusi çəkisi 0,51% təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR