Azərbaycan ötən il Türkiyədən əczaçılıq məhsulları idxal edən əsas ölkələrdən olub

Azərbaycan ötən il Türkiyədən əczaçılıq məhsulları idxal edən əsas ölkələrdən olub
# 26 aprel 2021 14:06 (UTC +04:00)

2020-ci ilin yekunlarına görə, Azərbaycan Türkiyədən əczaçılıq məhsulları idxal edən TOP-15 ölkənin siyahısına daxil olub.

"APA-Economics" xəbər verir ki, bu barədə "Anadolu" agentliyi Türkiyə Ticarət Nazirliyinin hesabatına istinadən xəbər verir.

Qeyd olunur ki, Cənubi Koreya ötən il Türkiyədən əczaçılıq məhsullarının əsas idxalatçısı olub. Bu ölkəyə Türkiyədən 615,9 mln. ABŞ dolları dəyərində məhsul tədarük olunub.

TOP-15 idxalçı siyahısına İraq, Qazaxıstan, Azərbaycan, Özbəkistan, Gürcüstan, İran, İsveçrə, Bolqarıstan, Polşa, Şimali Kipr Türk Respublikası, Sloveniya, Almaniya, Suriya və Albaniya da daxildir. Bu ölkələrə ixrac, Türkiyənin ümumi dərman ixracatının 67,3%-ni təşkil edib.

Ötən il Türkiyənin əczaçılıq məhsullarının ixracatı illik ifadədə 26,8% artaraq 1,9 mlrd. dollara çatıb.

2023-cü ildə Türkiyə 3,3 milyard dollar dəyərində əczaçılıq məhsulu ixrac etməyi planlaşdırır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR