Azərbaycanda muzdlu işçilərin sayı 37 min nəfər artıb

Azərbaycanda muzdlu işçilərin sayı 37 min nəfər artıb
# 16 aprel 2021 14:55 (UTC +04:00)

Bu ilin martın 1-i vəziyyətinə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 37 min nəfər və ya 2,3% artaraq 1 678,5 min nəfər olub, onlardan 915,5 min nəfəri iqtisadiyyatın dövlət sektorunda, 763 min nəfəri isə qeyri-dövlət sektorunda fəaliyyət göstərib.

APA-Economics”in məlumatına görə, bu barədə Dövlət Statistika Komitəsinin açıqlamasında deyilir.

Muzdla işləyənlərin 19,7%-i təhsil, 18,5%-i ticarət; nəqliyyat vasitələrinin təmiri, 12,7%-i sənaye, 8,3%-i əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, 7,3%-i tikinti, 6,7%-i dövlət idarəetməsi və müdafiə; sosial təminat, 4,5%-i nəqliyyat və anbar təsərrüfatı, 3,5%-i kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 3,4%-i peşə, elmi və texniki fəaliyyət, 1,7%-i maliyyə və sığorta fəaliyyəti, 13,7%-i isə iqtisadiyyatın digər sahələrində məşğul olublar.

“2021-ci ilin yanvar-fevral aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,8% azalaraq 692,3 manat olub. İqtisadiyyatın mədənçıxarma sənayesi, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı daha yüksək olub”, - açıqlamada deyilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR