Azərbaycanın yeni ixrac strategiyasında 20-yə yaxın bazar hədəflənib

Azərbaycanın yeni ixrac strategiyasında 20-yə yaxın bazar hədəflənib
# 20 aprel 2021 12:25 (UTC +04:00)

Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) tərəfindən yeni milli ixrac strategiyası hazırlanıb.

"APA-Economics"in məlumatına görə, bunu Azərbaycan-Türkiyə biznes forumunda çıxış edərkən Fondun investisiyaların təşviqi departamentinin rəhbəri Zöhrab Qədirov deyib.

Onun sözlərinə görə, bu sənəd üzrə 120-yə yaxın məhsul növü seçilib, hansıların ixrac potensialının yüksək olacağı ehtimal olunur.

"Bunun üçün bazarlar araşdırılıb və həmin ixrac strategiyasında 20-yə yaxın yeni bazar hədəflənib. Ümumi olaraq milli ixrac strategiyası çərçivəsində 2025-ci ilə qədər tədbirlər planı nəzərdə tutulub və bu tədbirlər planı üzrə qeyri-neft ixracının 2020-ci illə müqayisədə iki dəfə artırılması nəzərdə tutulur", - deyə Z. Qədirov qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR