Britaniyada iş vakansiyalarının sayı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb

Britaniyada iş vakansiyalarının sayı pandemiyadan əvvəlki səviyyəyə qayıdıb
# 15 aprel 2021 17:53 (UTC +04:00)

Böyük Britaniyada onlayn iş elanlarının sayı ilk dəfə olaraq COVID-19 pandemiyasından əvvəlki səviyyələrə qayıdıb.

"APA-Economics"in "Bloomberg"ə istinadən verdiyi məlumata görə, ölkənin Milli Statistika İdarəsinin məlumatında bildirilir ki, onlayn iş elanlarının sayı karantinin qüvvəyə mindiyi 2020-ci ilin mart ayının əvvəlindən bəri ən yüksək həddə çatıb və bu, pandemiya fonunda son 30 ilin ən dərin böhranını yaşayan Böyük Britaniya üçün iqtisadi bərpanın qeyri-müəyyən işarəsidir.

Qeyd edilir ki, vakansiyaların ən böyük artım hüquq, iaşə və turizm sektorlarına aid vəzifələrdə olub. Pandemiya dövründə Şotlandiya və Londonda vakansiyaların kəskin azalmasına baxmayaraq, hazırda iş elanlarının sayında ən böyük artım sözügedən yerlərdə müşahidə olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR