Dubayda Azərbaycan məhsullarının ixracına dair razılıq əldə olunub

Dubayda Azərbaycan məhsullarının ixracına dair razılıq əldə olunub
# 13 dekabr 2019 18:15 (UTC +04:00)

İqtisadiyyat Nazirliyinin dəstəyi, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondunun (Azpromo) təşkilatçılığı ilə Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Dubay şəhərinə təşkil olunmuş ixrac missiyası başa çatıb.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, missiyada qida sənayesi, turizm və tikinti materialları istehsalı sahəsində fəaliyyət göstərən 24 Azərbaycan şirkəti iştirak edib. Azərbaycan sahibkarları xarici tərəfdaşları ilə müzakirələr aparıb və məhsul ixracına dair razılıq əldə ediblər. Belə ki, Azərbaycanın “Azhazelnut” və BƏƏ-nin distributor şirkətləri 200 min ABŞ dolları dəyərində fındıq məhsulunun yanvar ayında ixracına dair ilkin razılığa gəliblər.

“AzərsunHoldinq” və “Gilan FMCG” şirkətləri BƏƏ-dən olan şirkətlər, həmçinin iri market şəbəkələri ilə məhsul ixracı, “İdea” şirkəti isə BƏƏ-nin Abu-Dabi şəhərində fəaliyyət göstərən şirkətlə məhsulların sərgi salonunun (“showroom”) açılması barədə ilkin razılıq əldə ediblər.

İxrac missiyası çərçivəsində “Ecodry”, “AHEC”, “Az-granata”, “Brightman BMC”, “BakuKonserv”, “Salam Travel”, “Novus E.R.A.” və digər Azərbaycan sahibkarları BƏƏ şirkətləri ilə keçirilmiş işgüzar görüşlərdə məhsul və xidmətlərin ixracına dair müzakirələr aparıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR