DGK-yə daxil olan müraciətlərin çoxu "Yaşıl dəhliz"dən istifadə edən xarici ixracatçıların payına düşüb

DGK-yə daxil olan müraciətlərin çoxu "Yaşıl dəhliz"dən istifadə edən xarici ixracatçıların payına düşüb
# 19 sentyabr 2019 12:53 (UTC +04:00)

Dövlət Gömrük Komitəsinə (DGK) 600-dən çox müraciət qəbul olunub ki, bunlardan 450-si "Yaşıl dəhliz"dən daimi istifadə hüququnu əldə edilmiş xarici iqtisadi fəaliyyət ixracatçılarıdır.

"APA-Economics"in xəbərinə görə, bunu "9-cu Beynəlxalq Xəzər Enerji Forumu – 2019" tədbirində çıxış edən DGK sədrinin birinci müavini İsmayıl Hüseynov deyib.

Onun sözlərinə görə "Yaşıl dəhliz" iştirakçılarının 8 aylıq idxalda ümumi payı 22,45%, ixracda isə 30%-ə yaxın olub.

"Bu, çox böyük göstəricidir. Cari ilin səkkiz ayında ixracımızın 13 mlrd. manata yaxın olmasını və onun 30%-nin "Yaşıl dəhliz" hüququna malik hüquqi və fiziki şəxslər tərəfindən həyata keçirildiyini nəzərə alsaq, bu, olduqca böyük rəqəmdir", - deyə sədr müavini qeyd edib.

"Eyni zamanda, bu gün Azərbaycan beynəlxalq tranzit dəhlizlərinin böyük mərkəzlərinə çevrilib. “Made in Azerbaijan” brendli malların Avropaya çatdırılmasında mühüm layihələrdən biri Avropanın yeniləşdirilmiş tranzit kompüter sisteminə qoşulmasıdır. Bu sistemlə bağlı mövcud qanunvericiliyin yenilənməsi, uyğunlaşdırılması və daxili malların Avropaya maneəsiz sürətli çatdırılması onların ticarət zənciri üzərində təyinat ölkəsinə tez çatmasında bu sistemin rolu böyükdür, - deyə sədr müavini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR