ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - RƏSMİ

ABŞ-ın kommersiya neft ehtiyatları yenidən azalıb - RƏSMİ
# 08 aprel 2021 09:51 (UTC +04:00)

Ötən həftənin yekunlarına görə, ABŞ-ın kommersiya neftinin ehtiyatları 3 522 min barel azalaraq 498 313 min barel təşkil edib.

"APA-Economics"in məlumatına görə, bu barədə ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyasının (EIA) dərc etdiyi hesabatda bildirilir.

Məlumata əsasən, bundan öncə analitiklər ABŞ-ın neft ehtiyatlarının 1 436 min barel azalacağını proqnozlaşdırırdı.

Xatırladaq ki, ABŞ-ın neft ehtiyatları haqqında məlumatlar dünya bazarında olan "qara qızıl"ın qiymətinə əhəmiyyətli dərəcədə təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR