ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərini açıqlayıb

ARDNF bu il "Şahdəniz"dən əldə etdiyi gəlirlərini açıqlayıb
# 02 aprel 2021 17:32 (UTC +04:00)

Bu ilin yanvar-mart aylarında Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 29 166 min ABŞ dolları təşkil edib ki, bu da illik müqayisədə 5,14 dəfə azdır.

ARDNF-dən "APA-Economics"ə verilən məlumata görə, fonda daxil olan vəsaitlərin hamısı qaz kondensatın payına düşüb.

Məlumata görə, ötən ilin yanvar-martında (ARDNF) "Şahdəniz" qaz-kondensat yatağından əldə etdiyi gəlirlərin həcmi 150 mln. dollar təşkil edib.

Xatırladaq ki, ötən il (01.01.2020 – 01.01.2021 tarixinə) ARDNF "Şahdəniz" yatağından (qaz və kondensatın satışından) əldə etdiyi gəlirləri 293,9 mln. ABŞ dolları (223,4 mln. dolları kondensatın payına düşüb) təşkil edib.

Qeyd edək ki, "Şahdəniz" yatağı üzrə pay bölgüsü haqqında saziş 1996-cı ildə imzalanıb və ratifikasiya edilib. Layihədə BP (operator – 28,8%), AzSD (10%), "SGC Upstream" (6,7%), "Petronas" (15,5%), "Lukoil" (10%), NICO (10%) və TPAO (19%) şirkətləri iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR