Avropada qaz istehlakı azalıb

Avropada qaz istehlakı azalıb
# 09 aprel 2021 15:11 (UTC +04:00)

Avropa İttifaqı (Aİ) 2020-ci ildə 394 mlrd. kubmetr təbii qaz istehlak edib ki, bu da illik müqayisədə 12 mlrd. kubmetr və ya 3% azdır.

"APA-Economics"in məlumatına görə, bu barədə Avropa Komissiyasının Avropanın qaz bazarlarına dair rüblük hesabatında deyilir.

Məlumata görə, 2019-cu ildə Aİ 406 mlrd. kubmetr qaz istehlak edib.

Qeyd edək ki, Aİ-yə qazın əsas tədarükçüsü qismində Rusiya çıxış edir.

Xatırladaq ki, 2020-ci ilin dekabrın 31-dən Azərbaycan da Trans-Adriatik (TAP) qaz kəməri vasitəsi ilə Avropaya qazın nəqlinə başlayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR