Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın nəqlini 21% artırıb

Azərbaycan Cənubi Qafqaz boru kəməri ilə qazın nəqlini 21% artırıb
# 15 sentyabr 2020 16:47 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində magistral qaz kəmərləri ilə 19 839,4 mln. kubmetr qaz nəql edilib.

Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, əvvəlki ilin müvafiq dövrünə nisbətən 11,1% artım müşahidə olunub.

Qazın nəqlinin 40,1%-i Bakı-Tbilisi-Ərzurum Cənubi Qafqaz boru kəməri vasitəsilə həyata keçirilib və 7 964,4 mln. kubmetr qaz ötürülüb (ötən ilin yanvar-avqust ayı ilə müqayisədə 21% artım).

Bakı-Tbilisi-Ərzurum qaz boru kəməri Xəzər dənizinin Azərbaycan sektorunda yerləşən "Şahdəniz" yatağından çıxarılan qazın Gürcüstan və Türkiyəyə nəqli üçün inşa edilib. Kəmərin uzunluğu 980 km, diametri 42 düymdür.

Bakı-Tbilisi-Ərzurum qaz boru kəmərinə ilk ixrac olunan qaz 2007-ci ilin martında vurulub. Boru kəməri biri Azərbaycanda, üçü Gürcüstanda olmaqla dörd qaz təhvili stansiyasına malikdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR