EIA neftin qiymətləri üzrə proqnozunu artırıb

EIA neftin qiymətləri üzrə proqnozunu artırıb
# 07 aprel 2021 09:44 (UTC +04:00)

ABŞ-ın Energetika Nazirliyi yanında Energetika İnformasiyası Administrasiyası (EIA) "Brent" markalı neftin qiyməti üzrə proqnozunu artırıb.

"APA-economics"in EIA-in aylıq hesabatına istinadən verdiyi məlumata görə, 2021-ci ildə sözügedən markalı neftin ortalama qiymətinin 62,28 dollar səviyyəsində olacağı gözlənilir, bu, əvvəlki proqnozla müqayisədə 1,61 dollar çoxdur.

Məlumata görə, 2022-ci ildə bu göstəricinin 60,49 dollar səviyyəsində olacağı gözlənilir (1,98 dollarlıq artım).

EIA-in hesablamalarına görə, ötən il "Brent" markalı neftin bir barelinin orta qiyməti 41,69 dollar olub.

Hesabata görə, WTI markalı neftin orta qiyməti 2021-ci ildə 58,89 dollar (ötən proqnoza əsasən 57,24 dollar) səviyyəsində olacağını proqnozlaşdırır. 2022-ci ildə isə bu göstəricinin 56,74 dollara çatacağı gözlənilir (öncəki proqnoz 54,75 dollar səviyyəsində olub).

Hesabatda həmçinin qeyd olunur ki, ötən il WTI markalı neftin orta qiyməti 39,17 dollar olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR