İraq gündəlik neft hasilatını 67% artırmaq niyyətindədir

İraq gündəlik neft hasilatını 67% artırmaq niyyətindədir
# 29 mart 2021 16:29 (UTC +04:00)

İraq 2029-cu il üçün gündəlik neft hasilatının həcmini 4,8 mln. bareldən 8 mln. barelədək artırmağı planlaşdırır.

APA-Economics”in Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bu barədə İraqın neft naziri İhsan Abdel Caber bildirib.

Onun sözlərinə görə, gələcəkdə bu göstərici 12 mln. barelədək yüksələ bilər.

Nazirin fikrincə, bu plan dünya neft bazarlarının sabitliyini qorumaq üçün əldə olunan OPEC+ hasilatının azaldılmasına dair razılaşmaya zidd deyil.

Qeyd edilir ki, ölkədə neft hasilatının artırılması “Məcnun, ZubeirRumeila neft yataqları hesabına təmin ediləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR