Türkiyə Azərbaycan qazının idxalını 18% artırıb

Türkiyə Azərbaycan qazının idxalını 18% artırıb
# 31 mart 2021 14:52 (UTC +04:00)

Bu ilin yanvar ayında Türkiyə Azərbaycandan 1 119,23 mln. kubmetr qaz idxal edib ki, bu da ötən ilin müvafiq göstəricisi ilə müqayisədə 18,4% çoxdur. Bununla da, yanvar ayında Azərbaycan Türkiyənin ümumi qaz idxalında ikinci yerdə qərarlaşıb.

"APA-Economics"in Türkiyənin Enerji Bazarı Tənzimləmə İdarəsinin (EPDK) məlumatları əsasında apardığı hesablamalarına görə, Türkiyə 2020-ci ilin yanvarında Azərbaycandan 945,18 mln. kubmetr qaz idxal edib.

Yanvar ayının yekunlarına əsasən, Türkiyəyə qaz idxalına görə, birinci yeri Rusiya tutub. Hesabat ayında Rusiyadan Türkiyəyə 2 675,21 mln. kubmetr "mavi yanacaq" ixrac olunub ki, bu da 21% çoxdur.

Qeyd edək ki, ötən il Türkiyə Azərbaycandan 11 547,38 mln. kubmetr qaz idxal edib, bu, 2019-cu ilin göstəricisi ilə müqayisədə 20,5% çoxdur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR