Ombudsman: "Gəncədə faktoloji materiallar toplayaraq xüsusi hesabat hazırlayacağıq"

Ombudsman: "Gəncədə faktoloji materiallar toplayaraq xüsusi hesabat hazırlayacağıq"
# 22 oktyabr 2020 16:02 (UTC +04:00)

“Türkiyə Resbublikasının Baş Ombudsmanı Şərəf Malkoç, Ombudsman Cəlilə xanım mənim dəvətimi qəbul edərək Azərbaycana gəliblər”.

APA-nın yerli bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Ombudsman Səbinə Əliyeva deyib. Onun sözlərinə görə, Ermənistan silahlı qüvələri tərəfindən intensiv şəkildə bombalanan Gəncədə birlikdə monitorinq keçiriləcək:

“Birlikdə faktoloji materiallar, sübutlar toplayacaq və bunun nəticəsi olaraq xüsus hesabat hazırlayacağıq. Bunu beynəlxalq təşkilatlara göndərəcəyik. Qeyd etmək istərdim ki, Azərbaycan Ombudsmanı təcrübəsində bu, bir ilkdir. İlk dəfə olaraq digər ölkənin Ombudsmanı ilə birlikdə monitorinq keçirəcəyik. Şərəf Malkoç ilk gündən etbarən mənimlə əlaqə saxlayıb, öz dəstəyini ifadə edib. Fürsətdən istifadə edərək bütün türk xalqına, Türk dövlətinə öz dərin təşəkkürümü bildirirəm. Çərəf Malkoç bura həm də İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti qismində təşrif buyurub".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR