Gürcüstanın turizm gəlirləri 1,8 mlrd. dollar azalıb

Gürcüstanın turizm gəlirləri 1,8 mlrd. dollar azalıb
# 10 sentyabr 2020 15:06 (UTC +04:00)

Bu ilin yanvar-avqust ayları ərzində Gürcüstanın turizm gəlirləri illik müqayisədə 1,8 mlrd. ABŞ dollar azalaraq 483 mln. dollar təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Maliyyə nazirinin müavini Giorgi Kakauridze bildirib.

Onun sözlərinə görə, pandemiya dövründə ən böyük zərbə turizm sektoruna dəyib. Nazir müavini qeyd edib ki, cari ilin 8 ayı ərzində Gürcüstanın vergi gəlirləri də ötən illə müqayisədə 330 mln. lari (106,3 mln. dollar) azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR