Turizm sektoru koronavirusa görə ilin ilk yarısında 460 mlrd. dollar itirib

Turizm sektoru koronavirusa görə ilin ilk yarısında 460 mlrd. dollar itirib
# 16 sentyabr 2020 10:25 (UTC +04:00)

Bu ilin birinci yarısında dünyada turizm sektorunun itkiləri 460 mlrd. ABŞ dolları təşkil edib.

"APA-Economics" xəbər verir ki, bu barədə BMT-nin Ümumdünya Turizm Təşkilatı məlumat yayıb.

Bildirilib ki, itkilər koronavirus pandemiyası səbəbi ilə tətbiq edilən məhdudiyyətlər səbəbindəən beynəlxalq səfərlərin azalması nəticəsində baş verib.

Təşkilatın məlumatında qeyd olunub ki, hesabat dövründə bütün dünyada beynəlxalq səfərlər 65% azalıb. Ən böyük zərbəni isə Asiya və Sakit Okean ölkələri alıb. Belə ki, bu istiqamətdə turistlərin hərəkəti 72% azalıb. Avropaya səfərlər 66%, ABŞ-a səfərlər 55%, Yaxın Şərq ölkələrinə səfərlər isə 57% azalıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR