Azərbaycandakı diplomatik korpusun rəhbərləri üçün növbəti brifinq təşkil olunub

Azərbaycandakı diplomatik korpusun rəhbərləri üçün növbəti brifinq təşkil olunub
# 19 oktyabr 2020 18:11 (UTC +04:00)

Bu gün ADA Universitetində Azərbaycandakı diplomatik korpusun rəhbərləri, səfirlər, ölkəmizdə akkreditə olunmuş xarici hərbi attaşelər və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndəliklərinin rəhbərləri üçün brifinq təşkil olunub.

APA-nın xəbərinə görə, brifinqdə Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Ermənistan ordusu tərəfindən Azərbaycanın yaşayış məntəqələri və mülki əhalisinə qarşı edilən hücumlar barədə diplomatları məlumatlandırıb.

Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov və Müdafiə Nazirliyinin (MN) Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsinin rəisi, general-mayor Hüseyn Mahmudov Ermənistan ordusunun 18 oktyabrda əldə olunan müvəqqəti humanitar atəşkəsi dəfələrlə pozduğunu vurğulayıblar.

Brifinqdə sentyabrın 27-dən indiyədək Ermənistan silahlı qüvvələrinin hücumları nəticəsində həyatını itirən şəxslərin və yaralıların sayı barədə məlumatlar verilib, foto faktlar nümayiş etdirilib.

Sonda diplomatların müvafiq sualları cavablandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR