Dövlət başçısı: “Biz İtaliya şirkətlərinin Azərbaycanda mövcudluğunu genişləndirmək istəyirik”

Dövlət başçısı: “Biz İtaliya şirkətlərinin Azərbaycanda mövcudluğunu genişləndirmək istəyirik”
# 13 aprel 2021 10:57 (UTC +04:00)

“İtaliya bizim üçün çox yaxın dost və tərəfdaş ölkədir”. Mən ötən ilin fevralında İtaliyaya dövlət səfərimi xatırlayıram, ondan da əvvəl İtaliya Prezidenti Matarella Azərbaycana dövlət səfəri etmişdi. Mənim səfərim strateji dialoqun davamı idi və biz strateji əməkdaşlıq sənədləri imzaladıq. Yeri gəlmişkən bu ikinci sənəd idi, birini artıq imzalamışdıq. Bu bizim qarşılıqlı öhdəliyimizin göstəricisidir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.

Dövlət başçısı münaqişəyə dair İtaliyanın ədalətli mövqeyinə görə təşəkkür edib. Prezident İtaliya şirkətləri ilə əvvəldən müqavilələrin olduğunu bildirib: “Onlar burada kimya, neft təmizləmə, inşaat, arxitektura və digər sahələrdə böyük layihələr icra ediblər. İtaliya şirkətlərinin Azərbaycanda mövcudluğunu genişləndirmək istəyirik”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR