Hikmət Hacıyev: “Kaspşik vasitəsilə də Ermənistana müraciət etmişik ki, raket hissələri Xankəndidən çıxarılsın”

Hikmət Hacıyev: “Kaspşik vasitəsilə də Ermənistana müraciət etmişik ki, raket hissələri Xankəndidən çıxarılsın”
# 19 oktyabr 2020 17:15 (UTC +04:00)

“Ermənistan tərəfi daim beynəlxalq media ilə ünsiyyətdə bir məqamı vurğulayır ki, guya Azərbaycan Xankəndidə yerləşən dinc obyektləri atəşə tutub. Mən vurğulamaq istərdim ki, Azərbaycan tərəfi, Azərbaycan Ordusu mülki insanlara qarşı hücumlar həyata keçirmir”.

APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADA Universitetində diplomatik korpusun nümayəndələri üçün keçirilən brifinqdə deyib

O bildirib ki, Xankəndidə Azərbaycanın Tərtər və digər şəhərlərinə qarşı istifadə olunan 2-3 raket hissələri yerləşdirilmişdi: “ Həmçinin orada Ermənistan tərəfinin böyük raket və digər silah-sursat anbarları da yerləşdirilmişdi. Biz beynəlxalq kanallarla 2-3 oktyabr tarixlərində ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşik vasitəsilə də Ermənistan tərəfinə müraciət etmişik ki, bu cür obyektlər Xankəndidən çıxarılsın. Çünki bu, mənəviyyat məsələsidir. Lakin bu müraciətdən sonra Ermənistan tərəfi Tərtərə qarşı daha sərt hücuma keçdi. Və biz Xankəndində yerləşən bu hərbi obyektləri məhv etməyə məcbur olduq. Çox təəssüflər olsun ki, Ermənistan tərəfi bu cür hərbi obyektləri dinc əhalinin yaşadığı ərazidə yerləşdirir. Bu cür hallarda dinc əhali hərdən ziyan çəkə bilir. Lakin bunu Azərbaycan tərəfinin itkiləri ilə müqayisə etmək olmur”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR