“Düşünürəm ki, Ermənistanın özünü yeni reallıqlara uyğunlaşdırması zaman alacaq. Onlar psixoloji cəhətdən buna hazır deyillər”.
APA-nın məlumatına görə, bunu Azərbaycan Prezidenti İlham Əliyev bu gün ADA Universitetində keçirilən “Cənubi Qafqaza yeni baxış: Münaqişədən sonra inkişaf və əməkdaşlıq” adlı konfransda çıxışında deyib.
Prezident bildirib ki, onlarla manipulyasiya edilib, beyinləri yuyulub: “Onlar özlərinə heç vaxt sahib olmadıqları saxta tarix yaradıblar. Çox da detallarına varmaq istəmirəm, lakin onların tarixi qəhrəman kimi göstərdikləri də heç öz millətlərinə aid insanlar olmayıb. 20-ci əsrin tarixi isə tamamilə saxta tarixdir. Onlar biri-birini inandırmağa çalışırlar. Ən böyük problem də budur ki, onlar biri-birini inandıra biliblər”.