Pakistan Senatının üzvü Ermənistanın Gəncəyə raket hücumunu pisləyib

Pakistan Senatının üzvü Ermənistanın Gəncəyə raket hücumunu pisləyib
# 19 oktyabr 2020 17:44 (UTC +04:00)

Beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycana qarşı yeni təcavüzü, Ermənistan silahlı qüvvələri tərəfindən mülki şəxslərin və infrastrukturların, o cümlədən münaqişə zonasından uzaqda yerləşən şəhər və rayonların atəşə tutulması, Gəncə şəhərinə edilən raket zərbələrini pisləyir.

Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən APA-ya verilən məlumata görə, Pakistan Senatının Azərbaycanla dostluq qrupunun rəhbəri Talha Mahmud öz "Twitter" səhifəsində yazıb ki, Azərbaycanın Gəncə, Mingəçevir şəhərlərinin və digər yaşayış məntəqələrinin Ermənistan silahlı qüvvələri tərəfindən atəşə tutulması və açıq aydın təcavüzü qəti şəkildə qınanılmalıdır.

O vurğulayıb ki, uzun müddətdir davam edən münaqişə ölkələrin ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı prinsipi əsasında dərhal həll edilməlidir.

Avropa İttifaqının xarici xidmətinin rəsmi nümayəndəliyinin veb-səhifəsində isə bildirilir ki, Avropa İttifaqı Azərbaycanın Gəncə şəhərinə qarşı həyata keçirilmiş, mülki insanların həlak olması və yaralanması ilə nəticələnmiş hücumu pisləyir. Qeyd olunur ki, mülki şəxslərin və obyektlərin hədəfə alınmasına son qoyulmalıdır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR