ABŞ Konqres üzvü 20 Yanvar və Xocalı faciəsinin ildönümü ilə bağlı bəyanatla çıxış edib

abs konqres uzvu 20 yanvar ve xocali faciesinin ildonumu ile bagli beyanatla cixis edib

ABŞ-ın Nyu Cersi ştatını təmsil edən demokrat Konqres üzvü Donald Peyn 20 YanvarXocalı faciələrinin ildönümü ilə bağlı bəyanatla çıxış edərək bu faciələrdə həyatını itirmiş insanların xatirəsini yad edib. 

 

Azərbaycanın ABŞ-dakı səfirliyindən APA-ya verilən xəbərə görə, ABŞ Konqres üzvü Peyn bəyanatında 1991-ci ildə müstəqilliyini bəyan edən Azərbaycanın paytaxtı Bakı şəhərinə Sovet hökumətinin 1990-cı ilin 20 yanvar tarixində qoşun yeridərək çoxsaylı insanın həyatına son qoyduğunu vurğulayıb.

 

Konqres üzvü həmçinin Xocalıda həlak olmuş insanların xatirəsini yad edərək, həyatını itirmiş şəxslərin xatirəsinin əbədiləşdirilməli olduğunu qeyd edib.  

 

Konqres üzvü sonda planetimizdə azadlıq uğrunda müharibələrdə həlak olmuş bütün insanların ABŞ Konqresi tərəfindən ehtiramla yad edilməli olduğunu vurğulayıb.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

17:35 20 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • gomruk prosedurlarinin sadelesdirilmesi ve suretlendirilmesile bagli seminar kecirilir
    Gömrük prosedurlarının sadələşdirilməsi və sürətləndirilməsi...
  • azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib
    Azərbaycan Ordusunun 100 illiyinə həsr olunmuş elmi-praktiki...
azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib azerbaycan ordusunun 100 illiyine hesr olunmus elmi praktiki konfrans kecirilib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyun, 2018

USD
1.7
 
EUR
1.9671
 
RR
0.0267