“Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” layihəsinin təqdimatı keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universitetinin (AzMİU) SABAH qrupları tələbələrinin hazırladığı “Ağdam nümunəsində Qarabağın davamlı inkişafı” adlı layihənin təqdimat mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov, Milli Məclis sədrinin müavini Bahar Muradova, təhsil naziri Mikayıl Cabbarov, ombudsman Elmira Süleymanova, millət vəkilləri, ictimaiyyət nümayəndələri iştirak edib.

 

Tədbirdən öncə qonaqlar universitetin foyesində layihə ilə bağlı nümayiş etdirilən sərgiyə baxıblar.

 

Ali məktəbin rektoru Gülçöhrə Məmmədova bildirib ki, layihənin əsas məqsədi işğal altında olan torpaqlar azad edildikdən sonra böyük qayıdış zamanı tələbələrin bu işə verə biləcəkləri töhfədir. Rektor deyib ki, bu, Qarabağın davamlı inkişafının layihələndirmə konsepsiyasıdır: “Layihəni SABAH qrupları layihəsinin tələbləri hazırlayıb. Bu gün ali məktəbin 3 ixtisas üzrə SABAH qruplarında 132 tələbə təhsil alır. Bu ixtisaslarda təhsil alan tələblərin gözəl nəticələri var və onların təhsilə marağı daha yüksəkdir”.

 

Layihənin ideya rəhbəri, universitetin ekologiya kafedrasının müdiri Fəqan Əliyev, tələbələr Ağdam şəhərinin nümunəsində işğal altında olan ərazilərdə gələcəkdə aparılacaq bərpa və quruculuq işlərinin planını təqdim ediblər.

 

Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov qeyd edib ki, Ağdam nümunəsində “Qarabağın davamlı inkişafı” layihəsini hazırlamaqla tələbələr uzaqgörənlik nümayiş etdiriblər: “Məcburi köçkün uşaqların hərbi təhsil alması ilə bağlı 2014-cü ildə araşdırma aparmağa başladım, xoşagəlməz mənzərə ilə qarşılaşdım: bütün işğal olunmuş rayonlardan ali hərbi məktəblərdə cəmi 30 gənc təhsil alırdı. Bu barədə prezidentə müraciət edərək məsələnin həlli üçün icazə istədim. Sənin torpağın işğal olunubsa, hərbi təhsil almaq istəmirsənsə, bununla yanaşı, hətta fərarilik edirsənsə, bu, yolverilməzdir. Türkiyədə, hətta xaricdə yaşayanlar da hərbi xidmət çəkmək üçün vətənə gəlirlər. Bu, bizim üçün gözəl bir nümunədir. Biz Təhsil Nazirliyi ilə işə başladıq, Dövlət Komitəsində digər qurumların iştirakı ilə görüş keçirdik. Hətta bu görüşdə mən məcburi köçkün ailələrə müraciət edərkən dedim ki, hərbi xidmətdə olmamış, fərarilik etmiş oğlanlara qız verməyin Əgər uşaq məktəbə keyfiyyətsiz gəlirsə, günah bağçada, ali məktəbə keyfiyyətsiz gəlirsə, günah məktəbdədir. Bu gün ali hərbi məktəblərdə təhsil alan tələbələrin sayı 10 dəfə artıb, fərarilik aradan qalxıb. Ən qeyrətli gənclər şəhid olurlar”.

 

Milli Məclisin sədr müavini Bahar Muradova layihəni yüksək qiymətləndirərək onu dünyaya mesaj kimi qəbul etdiyini vurğulayıb. Bu yaxınlarda Cocuq Mərcanlıya səfər etdiyini xatırladan B. Muradova bildirib ki, tezliklə Azərbaycan öz ərazi bütövlüyü ilə dünyaya görünəcək: “Ağdam və bütün Qarabağ öz əvvəlki görkəminə qayıdacaq”.

 

Təhsil naziri Mikayıl Cabbarov uzunmüddətli əməyin nəticəsi olan layihənin sadəcə, peşəkar yanaşmanın deyil, həmçinin yetişən gəncliyin ölkənin taleyüklü məsələlərinə laqeyd yanaşmamasının, vətənpərvərlik və təəssübkeşliyin bariz nümunəsi olduğunu bəyan edib. Nazirin sözlərinə görə, ötən ilin aprel döyüşləri düşmənlərə və dünya ictimaiyyətinə bir daha göstərdi ki, Azərbaycan ordusu Ali Baş Komandanın rəhbərliyi altında öz ərazi bütövlüyünü bərpa etməyə qadirdir: “Bu gün ali təhsildə bir sıra layihələr həyata keçirilir. Bu il SABAH layihəsinin ilk məzunları olacaq. Onların əmək bazarına çıxışı, ictimai həyata qatılacağını  gözləyirik”.

 

Dağlıq Qarabağın Azərbaycanlı İcmasının rəhbəri, Şuşa rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov deyib ki, Azərbaycan gəncliyi hər zaman döyüşə hazırdır. O xatırladıb ki, aprel hadisələrindən sonra minlərlə gənc döyüşə getmək üçün müraciət edib: “İşğaldan azad olunmuş Cocuq Mərcanlı kəndinin bərpa işlərini başlamaq barədə ölkə başçısının qərarı mühüm tarixi missiyanın başlanğıcıdır. Bugünkü tədbir də bu tarixi qayıdışın gələcək konturlarını müəyyən edən bir çağırışdır”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • tovuza yagan dolu fesadlar toredib
    Tovuza yağan dolu fəsadlar törədib
  • cocuq mercanlida piyada eleyhine mina askarlanib
    Cocuq Mərcanlıda piyada əleyhinə mina aşkarlanıb
cocuq mercanlida piyada eleyhine mina askarlanib cocuq mercanlida piyada eleyhine mina askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ