Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayıb

almaniya beynelxalq emekdasliq cemiyyeti azerbaycanda mecburi kockunlerle bagli yeni layihenin icrasina baslayib

Almaniya Beynəlxalq  Əməkdaşlıq Cəmiyyəti Azərbaycanda məcburi köçkünlərlə bağlı yeni layihənin icrasına başlayıb.

 

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Rövşən Rzayevlə Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) Azərbaycan üzrə direktoru Sonia Fontaine arasında görüş keçirilib.

Komitədən APA-ya verilən məlumata görə, görüşdə Azərbaycanda qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli istiqamətində dövlət tərəfindən görülən işlərdən danışılıb. Dövlət Komitəsinin sədri qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən qaçqın və məcburi köçkünlərin sosial problemlərinin həlli, mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində əhəmiyyətli addımlar atılır. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən də bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Bütün bunların nəticəsində 300 minə yaxın məcburi köçkün yeni mənzillərlə təmin olunub.

Dövlət Komitəsinin sədri, Sonia Fontaineyə rəhbərlik etdiyi  humanitar təşkilatın xətti ilə ölkəmizdə olan qaçqın və məcburi köçkünlərlə bağlı həyata keçirilən layihələrə və onların problemlərinin həllinə göstərilən köməkliyə görə təşəkkürünü bildirib.

GİZ-in nümayəndə heyətinin rəhbəri Sonia Fontaine Almaniya-Azərbaycan əlaqələrinin hazırki səviyyəsini yüksək qiymətləndirib. İki ölkə arasında müxtəlif sahələri əhatə edən layihələrin həyata keçirildiyinə diqqət çəkib. Nümayəndə heyətinin rəhbəri əlaqələrin bundan sonra da inkişaf etdirilməsinin əhəmiyyətindən danışıb.

Görüşdə layihə haqqında ətraflı məlumat verilib, qeyd edilib ki, layihə çərçivəsində müxtəlif istiqamətli fəaliyyətlərin həyata keçirilməsi ilə məcburi köçkünlər üçün yeni gəlir imkanlarının yaradılması gözlənilir.

 

Daha sonra görüşdə GİZ və Qaçqın və Məcburi Köçkünlərlə İş üzrə Dövlət Komitəsinin birgə həyata keçirəcəyi layihə müzakirə edilib. Layihə ilə ümumi tanışlıqdan sonra onun genişləndirilməsi imkanları müzakirə edilib. Layihənin ikitərəfli əlaqələrin inkişaf etdirilməsinə töhvə verəcəyinə əminlik ifadə edilib.

Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər barədə ətraflı fikir mübadiləsi aparıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267