ATƏT nümayəndələri Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində monitorinq keçirirlər

Ağdam rayonunun Təzəkənd kəndinin yaxınlığında yerləşən Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçirilir.

 

APA-nın Qarabağ bürosunun xəbərinə görə, monitorinqi keçirmək üçün cəbhə bölgəsinə gələn ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin səhra köməkçiləri Saymon Tiller və Yüksək Səviyyəli Planlaşdırma Qrupunun (YSPQ) rəhbəri polkovnik Vladimir Minarik əvvəlcə Ağdam rayon İcra Hakimiyyətinə gəliblər.

 

Onlar rayon icra başçısının birinci müavini Allahverən Əliyevlə  görüşüblər. Bildirilib ki, ermənilər 16 yanvar 2018-ci il tarixindən bu günədək cəbhəyanı yaşayış məntəqələrini 552 dəfə atəşə tutublar.

 

Görüşdən sonra ATƏT nümayəndələri Müdafiə Nazirliyinin yüksək çinli zabitlərinin nəzarəti altında cəbhə xəttinə yollanıblar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • abs da katerin qezaya ugramasi neticesinde 17 nefer olub
    ABŞ-da katerin qəzaya uğraması nəticəsində 17 nəfər ölüb ...
  • goranboyda 125 mm lik top mermisi askarlanib
    Goranboyda 125 mm-lik top mərmisi aşkarlanıb
goranboyda 125 mm lik top mermisi askarlanib goranboyda 125 mm lik top mermisi askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 21 İyul, 2018

USD
1.7
 
EUR
1.9828
 
RR
0.0267