ATƏT PA-nın Bəyannaməsində Dağlıq Qarabağ məsələsi də yer alıb

atet pa nin beyannamesinde dagliq qarabag meselesi de yer alib

Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının (ATƏT PA) 27-ci illik sessiyasının son günündə Berlin bəyannaməsi qəbul edilib.

 

APA-nın ATƏT PA-nın rəsmi saytına istinadən verdiyi xəbərə görə, bəyannamədə BMT Nizamnaməsi və Helsinki Yekun Aktında təsbit edilmiş beynəlxalq hüququn, insan haqlarının və qanunun aliliyinin əsas prinsiplərinə sadiqliyin vacibliyi qeyd edilib.

 

ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində irəliləyişin olmaması ilə əlaqədar təəssüf hissini bildirib və tərəfləri gərginliyin azaldılmasına, münaqişənin mümkün davamlı həllini tapmaq üçün çox gecikmədən əsaslı danışıqlara başlamağa çağırıb. ATƏT-in Minsk qrupu həmsədrlərinin münaqişənin həlli üçün səylərini ikiqat artırmalarının vacibliyi qeyd edilib. 

 

Sənəddə Gürcüstan, Moldova və Dağlıq Qarabağ münaqişəsinə xüsusi diqqət yetirilərək münaqişələrin həlli üçün yeni səylər göstərilməsinə dair çağırış yer alıb. Bundan əlavə, Bəyannamədə münaqişə zonalarında və işğal olunmuş ərazilərdə, o cümlədən Cənubi Qafqaz, Ukrayna və Kiprdə insan hüquqlarının pozulması hallarının araşdırılmasının zəruriliyi də vurğulanır. 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanda enerjisi techizati sahesinde yeni qaydalar mueyyen edilecek
    Azərbaycanda enerjisi təchizatı sahəsində yeni qaydalar müəy...
  • azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq
    Azərbaycanda istehsal və ixrac potensialı olan məhsullar üzr...
azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq azerbaycanda istehsal ve ixrac potensiali olan mehsullar uzre melumat bazasi hazirlanacaq +2
MƏZƏNNƏ
FOREX
/ 17 İyul, 2018

USD
1.7
 
EUR
1.9874
 
RR
0.0272