ATƏT PA-nın sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq

atet pa nin sessiyasinda dagliq qarabag munaqisesi muzakire olunacaq

ATƏT Parlament Assambleyasının iyulun 7-11-də Berlində keçiriləcək illik sessiyasında Dağlıq Qarabağ münaqişəsi müzakirə olunacaq.

 

APA-nın qurumun saytına istinadən verdiyi məlumata görə, sessiya zamanı qurumun Siyasi məsələlər və Təhlükəsizlik Baş Komitəsinin iclasında Cənubi Qafqaz üzrə keçmiş xüsusi nümayəndə Kristian Vigeninin müəllifi olduğu “ATƏT öhdəliklərinin yerinə yetirilməsi: parlamentin rolu” adlı hesabat layihəsi dinləniləcək.

 

Hesabat layihəsində bildirilir ki, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişi olmaması və son illər təmas xəttində bir neçə dəfə atəşkəs rejiminin pozulması narahatlıq mənbəyidir: “Növbəti hərbi toqquşmadan və vəziyyətin yenidən gərginləşməsindən yayınmaq üçün bütün tərəflərin danışıqlar masasına qayıtması vacibdir. ATƏT vəziyyəti stabilləşdirmək və hərtərəfli sülh sazişi istiqamətində iş aparmaq üçün Minsk qrupu və ATƏT PA da daxil olmaqla, bütün mexanizmləri tam işə salmalıdır”.

 

İclasın sonunda qəbul olunacaq qətnamə layihəsi də açıqlanıb. Layihədə deyilir ki, ATƏT PA Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində irəliləyişin olmamasından təəssüflənərək tərəfləri təxirəsalınmaz şəkildə hərtərəfli danışıqlara qoşulmağa səsləyir, onları münaqişənin tez bir zamanda dayanıqlı həllini tapmağa, ATƏT Minsk qrupu həmsədrlərini isə bu istiqamətdə səylərini iki dəfə artırmağa çağırır.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267