Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib

avstraliya senatinda azerbaycanin erazi butovluyune destek numayis etdirilib

Avstraliya Senatında Azərbaycanın ərazi bütövlüyünə dəstək nümayiş etdirilib.

 

APA-nın Avstraliya senatına istinadən verdiyi məlumata görə, mayın 31-də Avstraliya Senatının xarici işlər, müdafiə və ticarət komitəsində rəsmi Kanberranın xarici və müdafiə siyasətinə dair dinləmələr keçirilib.

 

Dinləmələr zamanı bir sıra məsələlər, o cümlədən Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində Avstraliyanın tutduğu mövqe müzakirə edilib.


Dinləmələr zamanı Yaşıllar Partiyasının üzvü olan senator Li Riannon Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı sual ünvanlayıb.

 

O, Avstraliyanın beynəlxalq inkişaf və Sakit okean regionu üzrə naziri xanım Konçetta Fierravanti-Velsin “Avstraliya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü, o cümlədən Dağlıq Qarabağ məsələsində Azərbaycanın mövqeyini qəti şəkildə dəstəkləyir" bəyanatına istinad edərək, bunun Avstraliyanın dəstəklədiyi ATƏT-in Minsk prosesinin bütün təməl prinsiplərinə uyğunluğunu soruşub.

 

Sualı cavablandıran Avstraliya Xarici İşlər və Ticarət Departamentinin Avropa və Latın Amerikası İdarəsinin rəhbəri Kətrin Reyper Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsinin, habelə Dağlıq Qarabağın müstəqil dövlət kimi tanınmamasının Avstraliya hökumətinin uzunmüddətli siyasəti olduğunu bir daha təsdiq edib. Həmçinin, o, bildirib ki, rəsmi Kanberra ATƏT-in Minsk Qrupunun fəaliyyətini dəstəkləyir.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:02 22 İyun
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • 174 sumqayit mekteblileri bakcell in tehlukesiz internet xidmeti ile tanis olublar
    ® Sumqayıt məktəbliləri “Bakcell”in “Təhlükəsiz İntern...
  • neftcalada 62 eded cetene kolu askarlanib
    Neftçalada 62 ədəd çətənə kolu aşkarlanıb
neftcalada 62 eded cetene kolu askarlanib neftcalada 62 eded cetene kolu askarlanib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267