BBQ eksperti: “Ermənistandakı dəyişiklik Dağlıq Qarabağ münaqişəsinin həllində yeni imkanlar yaradır”

Tbilisidə keçirilən V Cənubi Qafqaz Təhlükəsizlik Forumunun “Cənubi Qafqazda təhlükəsizlik problemləri” mövzusunda keçirilən sessiyasında Dağlıq Qarabağ münaqişəsi geniş müzakirə olunub.


APA-nın Gürcüstan bürosunun məlumatına görə, Beynəlxalq Böhran Qrupunun Avropa və Mərkəzi Asiya üzrə proqram direktoru Maqdalena Qrono münaqişənin ciddi təhlükə olduğunu deyib. Ekspert bildirib ki, münaqişənin həllində diplomatik danışıqlarla yanaşı, münaqişə tərəflərinin bir-birinə yaxınlaşdırılması üçün digər danışıqlar formatlarından da istifadə oluna bilər: “Beynəlxalq ictimaiyyət Dağlıq Qarabağ münaqişəsinin həlli prosesinə daha fəal cəlb olunmalıdır”.


Ermənistanda baş vermiş son dəyişikliklərə toxunan M.Qrono qeyd edib ki, yeni hökumət Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar üçün yeni imkanlar yaradır. 


Sessiyada çıxış edən Ermənistanın Milli Müdafiə Araşdırma Universitetinin vitse-prezidenti Benyamin Poqosyan deyib ki, Ermənistanın yeni hökuməti Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı fərqli yanaşma nümayiş etdirmir: “Yeni hökumətin münaqişənin həlli ilə bağlı aparılan danışıqlarda mövqeyinin dəyişəcəyini istisna edirəm”.


Sonra çıxış edən Azərbaycan Diplomatik Akademiyasının dosenti, professor Anar Vəliyev bildirib ki, Azərbaycan Ermənistan hökumətində baş vermiş dəyişikliklərə pozitiv yanaşır: “Yeni hökumət üçün əvvəlki hakimiyyətlə əlaqəsinin olmadığına görə münaqişənin həlli ilə bağlı danışıqları aparmaq asan ola bilər”.  

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

Video
09:20 19 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agcabedide qumbara askarlanib
    Ağcabədidə qumbara aşkarlanıb
  • aqrolizinq de taxil bicini ile bagli daxili qerargah yaradilib
    "Aqrolizinq"də taxıl biçini ilə bağlı daxili qərargah yaradı...
aqrolizinq de taxil bicini ile bagli daxili qerargah yaradilib aqrolizinq de taxil bicini ile bagli daxili qerargah yaradilib +2
MƏZƏNNƏ
FOREX
/ 20 May, 2018

USD
1.7
 
EUR
2.0069
 
RR
0.0273