Bir qrup fransalı jurnalist Cocuq Mərcanlıya səfər edib

bir qrup fransali jurnalist cocuq mercanliya sefer edib

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi (QMKİDK) və Xarici İşlər Nazirliyinin birgə təşkilatçılığı, Azərbaycanın Fransadakı səfirliyinin dəvəti ilə ölkədə olan bir qrup fransalı jurnalist Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinə səfər edib.

 

QMKİDK-dən APA-ya verilən xəbərə görə, Cəbrayıl Rayon İcra Hakimiyyəti başçısının müavini Tapdıq Nəsirov media nümayəndələrinə işğal olunmuş ərazilərdə ermənilərin törətdikləri vəhşiliklər, kəndin bərpası ilə bağlı tədbirlər haqqında Azərbaycan prezidentinin sərəncamına müvafiq olaraq həmin ərazidə aparılan minadan təmizləmə və tikinti işləri barədə məlumat verib. Bildirilib ki, kənd 1993-cü ildə Ermənistan silahlı qüvvələri tərəfindən işğal edilib. Azərbaycan Ordusunun 1994-cü ilin əvvəlində keçirdiyi Horadiz əməliyyatı zamanı kənd erməni işğalından azad olunub. 2016-cı ilin aprel əməliyyatlarına qədər Lələtəpə strateji yüksəkliyi Ermənistan ordusunun işğalı altında olduğundan Cocuq Mərcanlı kəndində yaşayış qeyri-mümkün idi. Lakin ötən ilin aprel ayında Azərbaycan Silahlı Qüvvələrinin yüksəkliyi azad etməsindən sonra artıq kənddə təhlükəsiz yaşamaq imkanı yaranıb.


KİV nümayəndələrinin diqqətinə çatdırılıb ki, işğalçı Ermənistan ordusu tərəfindən tamamilə dağıdılan Cocuq Mərcanlıda birinci mərhələdə 50 evin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi həyata keçiriləcək.

Cocuq Mərcanlı kəndi haqqında ətraflı məlumat alan, tikinti işləri ilə tanış olan fransalı jurnalistlər münaqişənin sülh yolu ilə həllinə ümid etdiklərini bildiriblər. Media nümayəndələri 23 ildir, burada yaşayan Həziyevlər ailəsinə də baş çəkib, çay süfrəsi arxasında söhbət ediblər. Ailənin başçısı Oqtay Həziyev deyib ki, ilk vaxtlar burada yaşamaq çətin olsa da, heç zaman doğma torpaqlarından çıxmaq barədə düşünməyiblər.

 

Horadiz şəhərinə gələn jurnalistlər Fransanın Altkirch şəhərinin adı verilmiş küçə və “Aprel şəhidlərinə xatirə” abidəsi ilə də tanış olublar.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • komite sedri aztehsilli iqtisadi cehetden asili qadinlar zorakiliga daha cox meruz qalir
    Komitə sədri: "Aztəhsilli, iqtisadi cəhətdən asılı qadınlar ...
  • azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib
    Azərbaycan indiyədək dünya bazarında 237 mln. ton mənfəət ne...
azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib azerbaycan indiyedek dunya bazarinda 237 mln ton menfeet nefti satib +2
MƏZƏNNƏ
FOREX
/ 25 Aprel, 2017

USD
1.7022
 
EUR
1.8492
 
RR
0.0305
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ