Dövlət Komissiyası: Ermənistan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsini heç bir əsas olmadan ləngidir

dovlet komissiyasi ermenistan herbi qulluqcumuzun nesinin tehvil verilmesini hec bir esas olmadan lengidir

Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçusu, əsgər Qurbanov Çingiz Salman oğlunun meyitinin qarşı tərəfin əlində olması barədə məlumatı artıq Ermənistanın rəsmi orqanları təsdiqləyiblər.

 

Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasından APA-ya verilən məlumata görə, bu barədə müvafiq beynəlxalq qurumlar məlumatlandırılıb və zəruri işlər aparılır.

 

Dövlət Komissiyası qeyd edir ki, silahlı münaqişələr zamanı həlak olmuş hərbi qulluqçuların meyitləri döyüş əməliyyatı başa çatdıqdan dərhal sonra geri qaytarılmalıdır və bu beynəlxalq humanitar hüququn təkzibedilməz vacib prinsipidir: “Ancaq qarşı tərəf hadisədən üç gün keçməsinə baxmayaraq, onların əlində olan hərbi qulluqçumuzun nəşinin təhvil verilməsi ilə bağlı müvafiq prosedurların başlanılmasını heç bir əsas olmadan ləngidir. Bununla yanaşı, aidiyyəti dövlət qurumları ilə birlikdə həlak olmuş hərbi qulluqçumuzun nəşinin geri alınması istiqamətində tədbirlər davam etdirilir. Prosesin gedişi ilə bağlı ictimaiyyətə əlavə məlumat veriləcək”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • aprelde 143 mln abs dollari mebleginde qeyri neft mehsulu ixrac olunub
    Apreldə 143 mln. ABŞ dolları məbləğində qeyri-neft məhsulu i...
  • tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib
    Tehranda Azərbaycan Respublika Gününə həsr olunmuş rəsmi qəb...
tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib tehranda azerbaycan respublika gunune hesr olunmus resmi qebul teskil edilib +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7023
 
EUR
1.9152
 
RR
0.0301
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ