Məmmədyarov: “Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tezliklə həlli üçün intensiv danışıqlara hazırdır” - YENİLƏNİB

memmedyarov azerbaycan dagliq qarabag munaqisesinin tezlikle helli ucun intensiv danisiqlara hazirdir yenilenib

Xarici işlər naziri Elmar Məmmədyarov Parisdə ATƏT-in Minsk qrupunun həmsədrləri və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşiklə görüşüb. 

 
Bu barədə APA-ya məlumat verən XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib ki, Azərbaycan və Ermənistanda seçki prosesinin başa çatdığını nəzərə alaraq, danışıqların intensiv şəkildə davam etdirilməsinin vacibliyini qeyd olunub. 

 
Nazir Elmar Məmmədyarov Azərbaycanın münaqişənin tezliklə həll edilməsi üçün intensiv danışıqlara hazırlığını bir daha ifadə edib. 
 

Görüş əsnasında danışıqlar prosesinin irəlilədilməsi üçün ATƏT-in Minsk qrupunun həmsədrləri tərəfindən həyata keçiriləcək tədbirlər, həmçinin regiondakı vəziyyət ətraflı müzakirə olunub. 

 

*** 14.27

 

Parisdə Azərbaycanın xarici işlər naziri Elmar MəmmədyarovATƏT-in Minsk qrupunun həmsədrləri Endryu Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və İqor Popov (Rusiya) arasında görüş başlayıb.

 

APA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev "Twitter" səhifəsində yazıb.

 

ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kaspşikin də qatıldığı görüşdə Ermənistan-Azərbaycan münaqişəsinin həlli, Ermənistandakı vəziyyət müzakirə olunur.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

20:09 27 May
12:17 26 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • samaxida hova markali yuk masini asib surucu agir xesaret alib
    Şamaxıda "HOVA" markalı yük maşını aşıb, sürücü ağır xəsarət...
  • beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub
    Beyləqanda məcburi köçkünlərin məskunlaşdığı birmərtəbəli bi...
beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub beyleqanda mecburi kockunlerin meskunlasdigi birmertebeli binada yangin olub +2
MƏZƏNNƏ
FOREX
/ 28 May, 2018

USD
1.7
 
EUR
1.9906
 
RR
0.0276