Ermənistan Dram Teatrının banisinin nəvəsi Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

ermenistan dram teatrinin banisinin nevesi ermenistan azerbaycan sulh platformasina qosulub

Məşhur erməni rejissoru və Ermənistan Dram Teatrının banisi Qraçya Kaplanyanın nəvəsi, teatr xadimi Aleksanyan Davit Arsenoviç Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Üzümü həmvətənlərimə tutub, bir vaxtlar qardaş kimi olan Azərbaycan xalqı ilə sülhə çağırıram. Dağlıq Qarabağ münaqişəsi regiona yalnız nifrət və tələfatlar gətirib. Bu səbəbdən hesab edirəm ki, çox tez bir zamanda Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək lazımdır. Azərbaycan və Ermənistan respublikalarının ərazi bütövlüyü və suverenliyinə, hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyimi ifadə etmək istəyirəm. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Bizim xalqlarımız, əsrlər boyu sülh içində yaşayıb. Buna bir nümunə kimi Ermənistanda uzun müddət fəaliyyət göstərən İrəvan Azərbaycan Dövlət Dram Teatrının populyarlığını qeyd etməmək olmaz. Lakin münaqişənin həll olunmaması nəticəsində xalqlarımızın bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. İnsanların sülh şəkildə birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Biz hamımız sülh və təhlükəsizlik şəraitində yaşamalıyıq və mən inanıram ki, bu sülhə nail olacağıq. Yuxarıda qeyd olunan səbəblərə görə, bu sülh təşəbbüsünə öz dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm”.

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nyu yorkda kecirilen turk gunu yurusunde azerbaycan diasporu da istirak edib
    Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu...
  • bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub
    Berndə 28 May Respublika Günü və Azərbaycan-İsveçrə əlaqələr...
bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ