Ermənistanlı ictimai fəal Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulub

Ermənistandan olan ictimai fəal Sargis Movsisyan Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tez bir zamanda sülh yolu ilə həll olunmasının vacibliyi barədə bəyanat verərək Ermənistan Azərbaycan Sülh Platformasına qoşulub.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda bildirilir:

 

“Ermənistan Respublikasının və Azərbaycan Respublikasının ərazi bütövlüyü və suverenliyinə, habelə hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədlərinə hörmət və dəstəyi bir daha vurğulayıram. Bu münaqişə məhz beynəlxalq hüquq çərçivəsində həll olunmalıdır, BMT Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələr yerinə yetirilməlidir. ATƏT-in Minsk qrupunun münaqişənin sülh yolu ilə həlli istiqamətində fəaliyyətinin vacibliyini anlayıram. Yaxın keçmişdə erməni və Azərbaycan xalqlarının birgə yaşayışla əlaqədar ümumi ənənələrinə istinad edərək, çox dərin təəssüf hissi ilə qeyd edirəm ki, erməni və Azərbaycan xalqlarının hazırda bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb. Xalqların sülh şəkildə birgə yaşayışını və 25 ildən çox davam edən münaqişənin həllini dəstəklədiyimi və əsas məqsədi Cənubi Qafqaz regionunda sülh və əminamanlıq qurmaq və onu saxlamaq olan Ermənistan Azərbaycan Sülh Platformasına dəstəyimi ifadə etmək istəyirəm. Buna görə də, Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulduğumu bəyan edirəm!".

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:23 25 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • batumide 28 may respublika gunu qeyd olunub
    Batumidə 28 may - Respublika Günü qeyd olunub
  • bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib
    Bakıda “VAZ” yük maşını ilə toqquşub, iki nəfər xəsarət alıb...
bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib bakida vaz yuk masini ile toqqusub iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 May, 2017

USD
1.7021
 
EUR
1.9133
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ