Fransa Senatında Azərbaycan və Ermənistan deputatları arasında görüş planlaşdırılır

fransa senatinda azerbaycan ve ermenistan deputatlari arasinda gorus planlasdirilir

Fransa Senatında Azərbaycan parlamentinin nümayəndələri ilə erməni deputatlar arasında görüşün keçirilməsi planlaşdırılır.

 

APA-nın məlumatına görə, bunu Bakıda səfərdə olan Fransa Senatının Fransa-Qafqaz Dostluq Qrupunun sədri Andre Reyşar Milli Məclisdə keçirdiyi mətbuat konfransında deyib. 
 

O qeyd edib ki, məsələ ilə bağlı Senat sədri ilə görüş olub və ondan müsbət rəy alınıb: “Bu istiqamətdə müəyyən müsbət addımlar atmaq olar. Görüşün vaxtı hələlik məlum deyil. Çünki bu hələlik bir təşəbbüsdür. Ancaq Senatın sədri ilə görüşdə ilkin razılığı almışıq. Prezidentlər bu qərarı təsdiq etdikdən sonra yer və tarix barədə dəqiq məlumat vermək olar. Parlament üzvlərinin görüşməsi məsələsi Senatın əvvəlki sədrinin vaxtında gündəmə gətirilib, lakin görüş baş tutmayıb. Əsas gözləntimiz odur ki, dondurulmuş statusa malik münaqişənin həlli istiqamətində müsbət irəliləyiş əldə edilsin. Münaqişə sabitliyə çox mənfi təsir göstərir, regionda gərginliyin hökm sürməsinə səbəb olur. Gözləntimiz görüşdə sadalanan neqativlərin aradan qaldırılması istiqamətində müəyyən addımların atılması olacaq”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:05 22 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanli genc ermenistanin rusiyadaki sefirliyinin qarsisinda etiraz aksiyasi kecirib
    Azərbaycanlı gənc Ermənistanın Rusiyadakı səfirliyinin qarşı...
  • erdogan abs i turkiyeni aldatmamaga cagirib
    Ərdoğan ABŞ-ı Türkiyəni aldatmamağa çağırıb
erdogan abs i turkiyeni aldatmamaga cagirib erdogan abs i turkiyeni aldatmamaga cagirib +2
MƏZƏNNƏ
FOREX
/ 23 İyul, 2017

USD
1.7012
 
EUR
1.9783
 
RR
0.0289
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ