Fransa XİN rəhbəri: “Qarabağ münaqişəsinin həllində vasitəçilik səylərimizi davam etdirəcəyik”

fransa xin rehberi qarabag munaqisesinin hellinde vasitecilik seylerimizi davam etdireceyik

Azərbaycan və Fransa xarici işlər nazirləri arasında diplomatik münasibətlərin 25 illiyi ilə bağlı təbrik məktubu mübadiləsi həyata keçirilib

 

Azərbaycan və Fransa arasında diplomatik münasibətlərin qurulmasının 25 illiyi münasibətilə iki ölkənin xarici işlər nazirləri arasında təbrik məktubu mübadiləsi həyata keçirilib.

 

XİN-in mətbuat xidmətindən APA-ya verilən məlumata görə, xarici işlər naziri Elmar Məmmədyarov fransalı həmkarına ünvanladığı məktubda ötən dövr ərzində Azərbaycan və Fransa arasında siyasi, iqtisadi, regionlararası, habelə mədəniyyət və təhsil sahələrindəki əməkdaşlıqdan məmnun olduğunu bildirib, Azərbaycan prezidenti İlham Əliyevin Fransaya rəsmi səfərinin ölkələrimiz arasında ən yüksək səviyyədə qarşılıqlı maraq və etimada əsaslanan siyasi dialoqun keyfiyyətindən xəbər verdiyini diqqətə çatdırıb.

 

İki ölkə arasında uğurlu əməkdaşlıq layihələrini qeyd edən E. Məmmədyarov Bakı Fransız Liseyi, Azərbaycan-Fransız Universiteti, Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Fransa Xarici İşlər və Beynəlxalq İnkişaf Nazirliyi arasında imzalanmış regionlararası əməkdaşlıq sahəsində anlaşma memorandumu kimi layihələrin dövlətlərimiz və xalqlarımız arasında dostluğun daha da gücləndirilməsinə xidmət edəcəyini bildirib.

 

Fransa xarici işlər naziri Jan-Mark Ero isə E. Məmmədyarova ünvanladığı məktubda ötən 25 ilin iki ölkə arasında əlaqələrin siyasi, iqtisadi və mədəniyyət sahələrində daimi inkişafı ilə yadda qaldığını bildirib. Azərbaycan və Fransanın əldə etdiyi çoxlu sayda birgə nailiyyətlərdən bəhs edən nazir 2016-cı ildə ölkəmizdə yaradılmış Azərbaycan-Fransız Universitetinin iki ölkənin dinamik əməkdaşlığının hər bir səviyyədə canlı simvolu olduğunu qeyd edib.

 

Fransalı nazir həmçinin ölkəsinin ATƏT-in Minsk qrupunun həmsədri kimi Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu ilə həllində vasitəçilik səylərini davam etdirəcəyini vurğulayıb.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

15:11 27 May
08:52 27 May
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • agsuda ev yanib
    Ağsuda ev yanıb
  • paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir
    Paytaxtda “Bakı Ürək Günləri” 5-ci Beynəlxalq Konqresi keçir...
paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir paytaxtda baki urek gunleri 5 ci beynelxalq konqresi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 May, 2017

USD
1.702
 
EUR
1.9062
 
RR
0.03
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ