XİN: Ermənistan işğal siyasətini davam etdirdikcə, Azərbaycan da müdafiə qabiliyyətini artırmağa davam edəcək

xin ermenistan isgal siyasetini davam etdirdikce azerbaycan da mudafie qabiliyyetini artirmaga davam edecek

“Azərbaycan ərazilərini işğal altında saxlamaq azmış kimi, Ermənistan ianə olaraq qəbul etdiyi “İskander” taktiki-operativ raketləri ilə dövlət başçısı səviyyəsində Azərbaycanın şəhərlərini vurmaqla təhdid edir və bununla öyünməkdən utanmırdı”. 

 

Bu sözləri XİN-in mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Azərbaycan tərəfindən "Polenez" və LORA tipli uzunmənzilli raketlərin əldə edilməsinin Ermənistanda ciddi narahatlıq yaratmasına dair APA-nın sorğusuna cavabında deyib.

 

O bildirib ki, Ermənistanın işğal siyasətinin davam etməsi şəraitində Azərbaycan müdafiə qabiliyyətini artırmağa davam edəcək: “Ermənistanın qeyri-sivil, təcavüzkar və militarist siyasəti, Azərbaycan ərazilərini işğal altında saxlamaqda davam etməsi, beynəlxalq hüququn norma və prinsiplərinə, BMT Təhlükəsizlik Şurasının qətnamələrinə hörmətsizliyi və Ermənistanın bu kimi əməllərinə ikili standartların mövcudluğu şəraitində Azərbaycan özünün müdafiəsi və vətəndaşlarının təhlükəsizliyi üçün müdafiə qabiliyyətini və imkanlarını artırır və bundan sonra da artırmaqda davam edəcək.

 

Əgər Ermənistan Azərbaycanın hərbi imkanlarının artmasından narahat olmaq istəmirsə, onda BMT Təhlükəsizlik Şurasının qətnamələrinin tələblərinə uyğun olaraq Azərbaycana qarşı başladığı müharibəni dayandırmalı, işğal olunmuş ərazilərdən öz qoşunlarını çıxarmalı və azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına geri qayıtmasını təmin etməlidir. Yalnız bu halda regionda sülh və təhlükəsizlik bərqərar ola və hərtərəfli regional əməkdaşlıq üçün imkanlar yarana bilər”.

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • qeyri hokumet teskilatlarina dovlet desteyi surasinin 10 illik yubileyi munasibetile tedbir kecirilib
    Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 10 ill...
  • azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib
    Azərbaycan prezidenti AİB İdarə Heyəti Şurası üzvlərini qəbu...
azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib azerbaycan prezidenti aib idare heyeti surasi uzvlerini qebul edib yenilenib +2
MƏZƏNNƏ
FOREX
/ 22 İyun, 2018

USD
1.7
 
EUR
1.9745
 
RR
0.0267