İsrailin Tədqiqat Mərkəzinin rəhbəri Sülh Platformasına qoşulub

israilin tedqiqat merkezinin rehberi sulh platformasina qosulub

İsrailin Tədqiqat Mərkəzinin rəhbəri, Kaye adına Ali Akademik Pedaqoji Kollecin Riyaziyyat Fakültəsinin rəhbəri Mark Epplbaum Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulması barədə bəyanat verib.

 

Sülh Platformasının mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bəyanatda deyilir:

 

“Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini yeganə düz yol hesab edirəm. Lakin bunu Ermənistan və Azərbaycan Respublikalarının ərazi bütövlüyü, suverenliyi, və hər iki dövlətin beynəlxalq səviyyədə tanınmış sərhədləri çərçivəsində etmək zəruridir. BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi müvafiq qətnamələrin, digər beynəlxalq təşkilatların qətnamə və qərarlarının icrasının çox vacib olduğunu vurğulamaq istəyirəm. Münaqişənin sülh yolu ilə həllində ATƏT-in Minsk qrupunun fəaliyyətinin vacibliyini qeyd etmək istəyirəm. Ermənilər və Azərbaycanlılar, əsrlər boyu sülh içində yaşayıb. Lakin münaqişənin həll olunmaması nəticəsində bu xalqların bir-biri haqqında təsəvvürləri yalnız müharibə kontekstində formalaşıb və bu, böyük bir fəlakətdir. İnsanların sülh şəratində birgə yaşayışını və uzun müddət davam edən münaqişənin həllini tam dəstəkləyirəm. Yuxarıda qeyd olunan səbəblərə görə, bu sülh təşəbbüsünə dəstəyimi ifadə edirəm və əsas məqsədi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə töhfə vermək olan Ermənistan-Azərbaycan Sülh Platformasına qoşulmağımı bəyan edirəm”.

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • nyu yorkda kecirilen turk gunu yurusunde azerbaycan diasporu da istirak edib
    Nyu-Yorkda keçirilən Türk Günü yürüşündə Azərbaycan diasporu...
  • bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub
    Berndə 28 May Respublika Günü və Azərbaycan-İsveçrə əlaqələr...
bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub bernde 28 may respublika gunu ve azerbaycan isvecre elaqelerinin 25 illiyi qeyd olunub +2
MƏZƏNNƏ
FOREX
/ 24 May, 2017

USD
1.7021
 
EUR
1.9029
 
RR
0.0302
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ