İtaliya qəzeti Qarabağda Ermənistan ordusunun mülki şəxsləri qətlə yetirməsindən yazıb

italiya qezeti qarabagda ermenistan ordusunun mulki sexsleri qetle yetirmesinden yazib

İtaliyanın iqtidar Demokratik partiyasının mətbu orqanı olan “Mondo Democratico” onlayn qəzetində Cənubi Qafqaz üzrə tədqiqatçı Daniel Pommier Vinçellinin “Dağlıq Qarabağ: unudulmuş münaqişə. 1994-cü ildən bəri bir milyon azərbaycanlı qaçqın və məcburi köçkün öz evlərinə qayıtmağı gözləyir” sərlövhəli məqaləsi dərc olunub.

 

Azərbaycanın İtaliyadakı səfirliyindən APA-ya verilən məlumata görə, məqalədə müəllif qeyd edib ki, iyulun 4-də 5-ə keçən gecə təmas xətti boyunca Ermənistan silahlı qüvvələrinin minaatanlar və dəzgahlı qumbaraatanlarla hücumu nəticəsində Füzuli rayonunda iki azərbaycanlı mülki şəxs – bir qadın və iki yaşlı körpə qətlə yetiriliblər.

 

Demokratik partiyadan olan deputatlar Kristina Barqero və Xalid Çauki hadisə qurbanları ilə həmrəyliklərini ifadə etmiş və Ermənistan qoşunlarının 1992-1994- cü illərdə işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılmasına çağırış ediblər.

 

Bildirilib ki, Dağlıq Qarabağ münaqişəsi daim “dondurulmuş münaqişə” kimi xarakterizə olunub. Əslində, bu, beynəlxalq ictimaiyyət tərəfindən unudulmuş və dövri olaraq mülki əhaliyə ziyan vurmaqla alovlanan bir müharibədir. D.P.Vinçelli vurğulayıb ki, 1988-ci ildən başlayaraq Sovet İttifaqının dağılması prosesi Qafqazda 1991-ci ildə müstəqil dövlətlər olan Ermənistan və Azərbaycan sovet respublikaları arasında etnik münaqişənin baş verməsi ilə müşayiət olunub. Hər iki millətin nümayəndələrinin yaşadığı və güclü multikultural profilə malik Azərbaycanın Dağlıq

 

Qarabağ regionu həmin vaxtdan erməni irredentizminin obyektinə çevrilib və separatçılıq prosesi baş qaldırıb. Hüquqi nöqteyi-nəzərdən, “Dağlıq Qarabağ respublikası” mövcud deyil. Ermənistanın özü də daxil olmaqla, dünyanın heç bir ölkəsi onun müstəqilliyini tanımır və BMT-nin müvafiq dörd qətnaməsi Dağlıq Qarabağı Azərbaycanın ərazisi kimi tanıyır və işğal olunmuş digər ərazilərlə birlikdə Azərbaycanın ərazi bütövlüyünü təsdiq edirlər. 1992-ci ildə baş vermiş müharibə bu regionla yanaşı, ona bitişik Azərbaycanın digər yeddi rayonunun da Ermənistan tərəfindən işğalı ilə nəticələnib”, - deyə italiyalı tədqiqatçı vurğulayıb.

 

Müəllif əlavə edib ki, hadisələrdən 25 il keçməsinə baxmayaraq, bir milyondan çox azərbaycanlı hələ də qaçqın və məcburi köçkün kimi doğma yurd-yuvalarından məhrum şəkildə yaşayırlar.

 

“Təmas xəttinin qurbanları ilə yanaşı, digər dəhşətli cəhət odur ki, beynəlxalq ictimaiyyət bu münaqişəni həll etməkdə acizlik çəkir. ATƏT tərəfindən yaradılan, ABŞ, Rusiya və Fransanın həmsədri olduğu Minsk qrupunun münaqişənin nizamlanması ilə məşğuldur.

 

Gələn il İtaliya ATƏT-ə sədrlik edəcək. İtaliya hər iki ölkə ilə güclü iqtisadi və mədəni əlaqələr qurmaqla müsbət imicə malikdir. İtaliya Avrasiyanın mərkəzindəki münaqişə və qeyri-sabitlik alovunu söndürmək məqsədilə danışıqların yenidən bərpa olunmasını təşviq etmək üçün əhəmiyyətli rol oynamalıdır”, - deyə müəllif fikirlərini tamamlayıb. Məqalənin tam mətni ilə aşağıdakı keçiddən tanış olmaq mümkündür: http://www.mondodem.it/op-ed/nagorno-karabakh-il-conflitto-dimenticato-dal-1994-un-milione-di-profughi-azeri-aspetta-il-ritorno-a-casa/

 

 

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

12:12 25 İyul
TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • imtahandan qayidan neftcalali abituriyent itkin dusub
    İmtahandan qayıdan neftçalalı abituriyent itkin düşüb
  • mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib
    Mingəçevirdə avtomobil qəzasında iki nəfər xəsarət alıb...
mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib mingecevirde avtomobil qezasinda iki nefer xesaret alib +2
MƏZƏNNƏ
FOREX
/ 26 İyul, 2017

USD
1.7012
 
EUR
1.9839
 
RR
0.0284
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ