Karasin: "Azərbaycan və Ermənistan XİN başçılarının yanvar görüşünün nəticəli olmasında maraqlıyıq"

karasin azerbaycan ve ermenistan xin bascilarinin yanvar gorusunun neticeli olmasinda maraqliyiq

"Rusiya Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı danışıqlar prosesinin aktivləşməsini alqışlayır".

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu "İnterfaks"a müsahibəsində Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin deyib.

 

Q. Karasin 2017-ci ilin oktyabrında Cenevrədə uzun fasilədən sonra ATƏT-in Minsk qrupu həmsədrlərinin dəstəyi ilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına həsr olunan Azərbaycan-Ermənistan sammiti keçirildiyini xatırladıb: "Bu sammitdə danışıqlar prosesinin intensivləşdirilməsi, təmas xəttində gərginliyin azaldılmasına yönələn tədbirlərin görülməsi razılaşdırıldı. Bununla əlaqədar həmsədrlər noyabrda Azərbaycan və Ermənistan XİN başçıları ilə ayrılıqda məsləhətləşmələr keçirdilər. Dekabrda isə Vyanada ATƏT XİN başçıları Şurasının iclasında nazirlərin görüşü təşkil olundu. Münaqişənin nizamlanmasının əsas məsələləri müzakirə olundu, hansılar ki, hələlik onlarla bağlı konsensusa nail olunmayıb. Bundan başqa, münaqişə zonasında vəziyyətin deeskalasiyasına yardım edəcək mümkün fəaliyyətə dair məsələlərə baxıldı. Tərəflərə ATƏT-in müşahidə missiyasının genişləndirilməsi ilə bağlı konkret təkliflər verildi. Nazirlər Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bu və digər məsələlərlə bağlı danışıqları 2018-ci ilin yanvarında həmsədrlərin iştirakı ilə davam etdirməyə razılaşdılar".

 

Nazir müavini rəsmi Moskvanın gələn ilin yanvarında keçiriləcək Azərbaycan və Ermənistan XİN başçılarının görüşünü alqışladığını söyləyib: "Rusiya bu görüşün nəticəli olmasında maraqlıdır. Yerevan və Bakının görülmüş işlər əsasında güzəştlərin axtarılmasında səylərini dəstəkləyirik. Minsk qrupundakı həmsədrlərlə birlikdə öz tərəfimizdən həlli gecikmiş münaqişənin sülh yolu ilə həllinə bundan sonra da yardım edəcəyik. Rusiya, ABŞ və Fransanın bu vahid mövqeyi Vyanada ATƏT XİN başçılarının iclasında üç ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin birgə bəyanatında da dəqiq qeyd olunub".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • movlud cavusoglu azerbaycana sefer edecek yenilenib
    Mövlud Çavuşoğlu Azərbaycana səfər edəcək - YENİLƏNİB...
  • yug teatrinin yeni direktoru kollektive teqdim edilib
    YUĞ Teatrının yeni direktoru kollektivə təqdim edilib
yug teatrinin yeni direktoru kollektive teqdim edilib yug teatrinin yeni direktoru kollektive teqdim edilib +2
MƏZƏNNƏ
FOREX
/ 19 İyul, 2018

USD
1.7
 
EUR
1.9801
 
RR
0.027