Lavrov: “Azərbaycanla Ermənistan əsas aspektlər üzrə razılaşmaya gəlməkdən hələ çox uzaqdır” - YENİLƏNİB

lavrov azerbaycanla ermenistan esas aspektler uzre razilasmaya gelmekden hele cox uzaqdir yenilenib

“Rusiya bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanması istiqamətində səylərini davam etdirəcək”. 

 

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu Rusiya xarici işlər naziri Sergey Lavrov bu gün azərbaycanlı həmkarı Elmar Məmmədyarovla keçirdiyi görüşün yekunlarına dair mətbuat konfransında bildirib. 
 

O, görüşdə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması perspektivlərinin müzakirə olunduğunu söyləyib: "Biz hesab edirik ki, Dağlıq Qarabağ münaqişəsi həllə yönümlüdür. Məzmunlu prosesə başlamaq üçün ilk növbədə Azərbaycanla Ermənistan arasında inamsızlığın səviyyəsini azaltmaq lazımdır. Bu barədə uzun illər təmasların nəticələri deməyə əsas verir. Onların nəticələrinə əsasən, həll edilməli olan əsas məsələlərlə bağlı ümumi yanaşmanı hazırlamaq mümkün olub. Bu humanitar məsələlər, Dağlıq Qarabağ ətrafında olan və hazırda Azərbaycan tərəfindən nəzarət edilməyən rayonların qaytarılması ilə bağlı məsələlərdir. Eyni zamanda bura Dağlıq Qarabağın statusunun müəyyənləşdirilməsi daxildir. Sözsüz ki, orada yaşayan insanları nəzərə almaq şərti ilə. Həmçinin beynəlxalq sülhməramlı qüvvələrin parametrlərinin razılaşdırılmasıdır.

 

Nazir qeyd edib ki, bu aspektlərin əksəriyyəti ilə bağlı anlaşma var. “Lakin yekun paket üçün əsas olan 2-3 konkret mövzu hələ müzakirə olunur. Gizlətməyəcəyəm, tərəflər bu aspektlərə ümumi anlaşmaya gəlməkdən çox uzaqdır”.

 

Lavrov bildirib ki, Moskvada müzakirə olunan Qarabağ nizamlanmasına aid 2-3 əsas məsələ əlavə səylər tələb edir. 

 

E. Məmmədyarov isə İrəvanın münaqişənin həlli üçün siyasi iradəsi olmadığını vurğulayıb. O qeyd edib ki, Dağlıq Qarabağ münaqişəsinin nizamlanması prosesində başlıca şərt işğal altındakı Azərbaycan ərazilərinin geri qaytarılması və qoşunların çıxarılmasıdır. 

 

Nazir Rusiyanın münaqişənin həlli istiqmətində ciddi səylər göstərdiyini də qeyd edib: "Bakının üzləşdiyi əsas problem Dağlıq Qarabağ münaqişəsidir. Rusiya bu istiqamətdə ciddi səylər göstərir. Biz bu məsələni bu gün də detallı müzakirə etdik.

 

İndiki halda hər şey təkcə Azərbaycandan asılı deyil, həmsədr kimi Rusiyadan da çox şey asılıdır. Təbii ki, burada erməni tərəfi də masa üzərində olan təklifləri qəbul etmək baxımından mühüm rol oynamalıdır".

BÖLMƏDƏN DİGƏR XƏBƏRLƏR

XƏBƏR LENTİ

TOP 5

VİDEO XƏBƏRLƏR

FOTO XƏBƏRLƏR

  • azerbaycanla monteneqro icazesiz yasayan sexslerin readmissiyasi haqqinda sazis imzalayib
    Azərbaycanla Monteneqro icazəsiz yaşayan şəxslərin readmissi...
  • naxcivanda komanda qerargah telimi kecirilir
    Naxçıvanda komanda-qərargah təlimi keçirilir
naxcivanda komanda qerargah telimi kecirilir naxcivanda komanda qerargah telimi kecirilir +2
MƏZƏNNƏ
FOREX
/ 27 Aprel, 2017

USD
1.7025
 
EUR
1.8566
 
RR
0.0299
 

SƏSVERMƏ

Bizim saytdan istifadə etmək sizin üçün rahatdırmı?
TƏSDİQLƏ